Logo

ADNSU-da Tələbə Elmi Cəmiyyətinin universitet üzrə yeni sədri seçilib

08.10.2025 16:02 53 baxış
IMG

Oktyabrın 7-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) Tələbə Elmi Cəmiyyətinin (TEC) universitet üzrə sədr seçkisi keçirilib.

TƏHSİL.BİZ xəbər verir ki, tədbirdə Seçki Komissiyasının üzvləri – sosial məsələlər üzrə rektorun müşaviri Nəsibə Əmirbəyova, Təhsilalanlarla iş şöbəsinin nümayəndəsi və komissiyanın katibi Aytəm Əsədova, fakültə dekanları, eləcə də bir sıra struktur bölmələrin məsul şəxsləri iştirak ediblər.

Seçkilərdə 16 namizəddən 13-ü iştirak edib. Namizədlər çıxış edərək özləri haqqında məlumat verib, TEC-in gələcək fəaliyyət planlarını və inkişaf istiqamətləri ilə bağlı təkliflərini təqdim ediblər.

Səsvermənin nəticələrinə əsasən, Məhəmməd Sultanlı (BA proqramları) səs çoxluğu ilə Azərbaycan Dövlət Neft və Sənaye Universiteti Tələbə Elmi Cəmiyyətinin yeni sədri seçilib.

 

 

 

 


 

Xəbər lenti