Logo

Anar Bayramov: İnklüziv təhsil sahəsində mühüm irəliləyişlər əldə olunub

08.10.2025 15:30 73 baxış
IMG

“Hazırda ölkəmizdə sosial siyasətin əsas hədəflərindən biri xüsusi qayğıya ehtiyacı olan şəxslərin cəmiyyətə inteqrasiyası və onların hüquqlarının təmin olunmasıdır. Bu istiqamətdə həyata keçirilən islahatlar nəticəsində inklüziv təhsil, məşğulluq və sosial xidmətlər sahəsində mühüm irəliləyişlər əldə olunub”.

TƏHSİL.BİZ xəbər verir ki, bunu ADA Universitetində bu gün keçirilən “Azərbaycan jest dili tətbiqi”nin təqdimat mərasimində əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Bayramov bildirib.

Nazir müavini qeyd edib ki, inklüziv yanaşmanın gücləndirilməsi və əlçatanlığın artırılması məqsədilə dövlət qurumları ilə yanaşı, vətəndaş cəmiyyəti institutları və beynəlxalq tərəfdaşlarla da əməkdaşlıq genişləndirilir. Bu da xüsusi qayğıya ehtiyacı olan şəxslərin layiqli həyat şəraitinə malik olmaları üçün zəmin yaradır.

Xəbər lenti