Oktyabrın 9-da İsveç Kral Elmlər Akademiyası tərəfindən 2025-ci ildə ədəbiyyat üzrə Nobel mükafatı laureatının adı açıqlanıb.
TƏHSİL.BİZ xəbər verir ki, 2025-ci il üçün ədəbiyyat üzrə Nobel mükafatı macar yazıçısı Laslo Krasnaxorkaiyə (Laszlo Krasnahorkai) "apokaliptik dəhşətin ortasında sənətin gücünü bir daha təsdiqləyən inandırıcı və uzaqgörən yaradıcılığına görə" verildi.
Qeyd edək ki, Norveç Nobel Komitəsi tərəfindən oktyabrın 10-də Osloda 2025-ci ilin Sülh mükafatı laureatının adı açıqlanacaq. Alfred Nobelin xatirəsinə iqtisad elmləri üzrə İsveç Bankının mükafatına (Sveriges Riksbank Prize) layiq görüləcək alimin adı oktyabrın 13-də elan olunacaq.
Mükafatın təqdimat mərasimi isə dekabrın 10-da İsveçin və Norveçin paytaxtlarında Alfred Nobelin doğum günündə keçiriləcək.