Logo

18 oktyabr - Müstəqilliyin Bərpası Günü

18.10.2025 19:41 231 baxış
IMG

Bu il Azərbaycanda dövlət müstəqilliyinin bərpasının 34-ci ildönümüdür. 34 il əvvəl, 1991-ci il oktyabrın 18-də AzərbaycanRespublikası Ali Soveti Dövlət müstəqilliyi haqqındaKonstitusiya Aktını qəbul edərək bütün dünyaya Azərbaycanındemokratik və dünyəvi dövlət olduğunu bəyan etdi. 1993-cü ildəAzərbaycanda siyasi hakimiyyətə qayıdan Ulu Öndər HeydərƏliyev müstəqilliyi əbədi və dönməz etdi. H.Əliyev ölkədəkihərc-mərcliyi, iqtisadi, siyasi gərginliyi aradan qaldırdı. Müstəqil Azərbaycan Respublikası yeni inkişaf xəttini tutdu.Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev demişdir: “Tarix dəfələrlə sübut etmişdir ki, xalqın əvəzsiz milli sərvətiolan müstəqilliyin qorunması, onun əldə edilməsindən qat-qat ağır və mürəkkəb vəzifədir”.

2022-ci ilin 15 oktyabrında Milli Məclis prezident İlham Əliyevin təşəbbüsü ilə “Müstəqillik Günü haqqında” yeni qanunu təsdiqlədi. Qanuna əsasən, mayın 28-i Müstəqillik Günü, oktyabrın 18-i isə Müstəqilliyin Bərpası Günü elan edildi.Demokratik dəyərlər dövlət siyasətinin mahiyyətini müəyyənedən əsas meyarlardan biri kimi müəyyən olundu. Bu gün Ulu Öndər Heydər Əliyevin siyasi kursunun layiqli davamçısıPrezident İlham Əliyev siyasi ənənələrə və dövlətinqorunmasının ali prinsiplərinə uyğun olaraq Azərbaycandademokratik cəmiyyətin formalaşdırılması, demokratik hüquqidövlət quruculuğunun daha da dərinləşdirilməsi üçün misilsizislahatlar həyata keçirir. Azərbaycan hüququn aliliyi, demokratiya və dünyəvilik prinsipləri üzərində qurulmuşmüstəqil dövlət kimi öz inkişafının ən parlaq dövrünü yaşayır. Ölkə başçısının siyasi iradəsi nəticəsində daha da güclənənAzərbaycan sosial dövlətə çevrilmişdir. Bunun nəticəsindəinsanlarımız rifah içində yaşayır və onların rahat yaşaması üçünhər cür şərait və imkanlar mövcuddur. Bu gün hər birazərbaycanlı fərəh hissi keçirir. Çünki, dövlətimizin idarəçiliksükanı arxasında ümummilli liderimiz Heydər Əliyevin layiqliyetirməsi, yaratdığı siyasi kursun davamçısı, müstəqilliyimizintəminatçısı möhtərəm Prezidentimiz İlham Əliyev durur. Hər birazərbaycanlının prezidenti olacağını qətiyyətlə bildirən və ötənmüddət ərzində bunu əməli işi, genişmiqyaslı fəaliyyəti ilə birdaha sübut edən cənab İlham Əliyevlə xalqımız yeni-yeni uğurlara nail olacaq, müstəqilliyimizin qorunması, dövlətçiliyimizin inkişafı və möhkəmləndirilməsi istiqamətindəirəliləyəcəkdir.

Azərbaycan Dövlət Pedaqoji Universitetinin müəllimi

Osman Azadoğlu

Xəbər lenti