Logo

Türkiyə Palatalar və Birjalar Birliyində AHİK nümayəndələri ilə görüş

23.10.2025 10:27 37 baxış
IMG

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) nümayəndə heyəti Türkiyəyə səfəri çərçivəsində qardaş ölkənin Palatalar və Birjalar Birliyinin sədri Rifat Hisarcıklıoğlu ilə görüşüb.

Görüşdə Türkiyə Palatalar və Birjalar Birliyinin fəaliyyəti barədə məlumat verilib, ölkənin sosial-iqtisadi həyatında rolundan bəhs edilib.

AHİK nümayəndələri ölkəmizdə həmkarlar ittifaqlarının səmərəli fəaliyyəti üçün yaradılan əlverişli şəraiti, dövlət başçısının bu sahəyə diqqət və qayğısını vurğulayıb, həmkarlar ittifaqı üzvlərinin əmək, sosial və iqtisadi hüquqlarının müdafiəsi, əməyin mühafizəsi, üzvlərin sağlamlığının qorunması, müalicə və istirahətinin təşkili istiqamətində görülən işlərdən danışıblar.

Tərəflər iki qurum arasında əməkdaşlığa dair fikir mübadiləsi aparıblar.

Xəbər lenti