Logo

UNEC-də AMEA-nın 80 illiyinə həsr olunmuş elmi seminar

21.10.2025 15:03 32 baxış
IMG

Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) 80 illik yubileyinə həsr olunmuş elmi seminar keçirilib.

Bu barədə UNEC-dən məlumat verilib.

Seminarı UNEC-in departament direktoru dosent Gülnarə Rzayeva açaraq bildirib ki, AMEA-nın 80 illiyi ölkəmizdə elmin və təhsilin inkişafında mühüm mərhələdir. Onun sözlərinə görə, bu kimi elmi tədbirlərin təşkili gənc nəslin elmə marağının artırılması, milli elmi irsin tanıdılması və tədqiqata yönəlməsində mühüm rol oynayır.

Tədbirdə AMEA-nın A.A.Bakıxanov adına Tarix və Etnologiya İnstitutunun şöbə müdiri tarix üzrə fəlsəfə doktoru Cəbi Bəhramov AMEA-nın yaranma tarixi, inkişaf mərhələləri və müxtəlif dövrlərdə əldə olunan əsas elmi nailiyyətlər barədə məlumat verib. O, akademiyanın ilk illərindən formalaşan elmi məktəblər, tanınmış alimlərin fəaliyyəti və onların elmi irsi haqqında maraqlı faktlar səsləndirərək tələbələrin diqqətini Azərbaycan elminin keçdiyi yola yönəldib.

Seminarda, həmçinin UNEC-in Humanitar fənlər kafedrasının müdiri professor Vəkil Həsənov və “Azərbaycan dili” kafedrasının müdiri professor Tofiq Əbdülhəsənov çıxış ediblər. Onlar elm və təhsilin inteqrasiyasının əhəmiyyəti, gənclərin elmi fəaliyyətə cəlb olunması və elmi məktəblərin davamlı inkişafı mövzusunda fikir mübadiləsi aparıblar.

Xəbər lenti