Logo

BMU Çində keçirilən sammitdə təmsil olunur

22.10.2025 12:09 36 baxış
IMG

Bakı Mühəndislik Universitetinin (BMU) beynəlxalq əlaqələr üzrə prorektoru Ətrabə Gül Çin Xalq Respublikasında keçirilən “Universitet Tərəfdaşları Sammiti Hangzhou 2025”də iştirak edir.

BMU-dan bildirilib ki, Çinin Beihang Universitetinın təşkilatçılığı ilə baş tutan sammitdə 5 minə yaxın qonaq, 100-dən artıq alim iştirak edir. Tədbirin keçirilməsində əsas məqsəd tərəfdaş universitetlər arasında əməkdaşlığın gücləndirilməsi, təhsil mübadiləsinin genişləndirilməsi və qarşılıqlı bərabər imkanların yaradılmasıdır.

Sammitin ilk günündə Şanxay şəhərində “23-cü Beynəlxalq Mütəxəssislərin Mübadiləsi” adlı altkonfrans keçirilib. Tədbirdə universitet rektorları, beynəlxalq əlaqələr üzrə məsul şəxslər, nüfuzlu tədqiqatçılar, aparıcı mütəxəssislər çıxış edərək təhsil sahəsində aktual mövzularda müzakirələr aparıblar.

BMU prorektoru sammit çərçivəsində bir sıra görüşlərə, dəyirmi masalara qatılıb. Görüşlərdə ali təhsil müəssisələrinin beynəlmiləlləşməsi, müəllim-tələbə mübadiləsi mexanizmləri, ikili diplom proqramlarının yaradılması, həmçinin birgə elmi-tədqiqat və innovasiya layihələrinin həyata keçirilməsi ilə bağlı fikir mübadiləsi aparılıb. Bundan əlavə, universitetlərarası əməkdaşlıq formatlarının genişləndirilməsi və gələcəkdə həyata keçirilə biləcək yeni təşəbbüslərin müəyyənləşdirilməsi məsələlərinə toxunulub.

Sammit işini Hangzhou şəhərində davam etdirir.

Xəbər lenti