“Huawei” şirkətinin təşkilatçılığı, UNESCO-nun Qlobal Bacarıqlar Akademiyasının tərəfdaşlığı ilə ali məktəb tələbələri üçün “Huawei İKT Müsabiqəsi 2025-2026” (Huawei ICT Competition) keçirilir.
Bu barədə TƏHSİL.BİZ-ə Bakı Dövlət Universitetindən məlumat verilib.
Müsabiqədə iştirakçılara İKT biliklərini möhkəmləndirmək, praktiki bacarıqlarını artırmaq, ən son texnologiyalar və platformalardan istifadə etməklə innovasiyaları təşviq etmək imkanı yaradan beynəlxalq yarış və mübadilə platforması təqdim edilir.
Müsabiqə aşağıda qeyd olunan istiqamətlər üzrə keçirilir:
1) Təcrübə müsabiqəsi
- Hesablama (Computing) istiqaməti
- Şəbəkə istiqaməti
- Bulud texnologiyaları istiqaməti
2) İnnovasiya müsabiqəsi
- “MindSpore” əsaslı innovativ süni intellekt tətbiqi hazırlamaq
3) Tədris müsabiqəsi
- Sənaye-təhsil əməkdaşlığı istiqaməti
Müsabiqədə iştirak etmək üçün qeydiyyat noyabrın 22-dək aparılacaq.