Logo

Tələbələr “Şərq xalqlarının mədəniyyətində ailə dəyərləri” mövzusunda müzakirə aparıblar

22.10.2025 13:18 38 baxış
IMG

Bakı Dövlət Universitetinin (BDU) Şərqşünaslıq fakültəsində Tələbə Elmi Cəmiyyətinin təşkilatçılığı ilə “Şərq xalqlarının mədəniyyətində ailə dəyərləri” mövzusunda elmi-praktik tədbir keçirilib.

BDU-dan bildirilib ki, tədbirdə Şərq xalqlarının ailə modeli, ailə münasibətləri və ailə institutunun cəmiyyətdəki rolu müzakirə olunub. Fakültənin tələbələri ərəb, fars, İsrail, Pakistan, yapon, türk və Azərbaycan mədəniyyətlərinə dair təqdimatlarla çıxış edərək bu xalqlarda ailə dəyərlərinin mahiyyəti və xüsusiyyətləri barədə fikirlər səsləndiriblər.

Çıxışlarda ailənin hər bir xalqın mənəvi dayağı kimi mühüm rol oynadığı, milli kimliyin qorunmasında və nəsillərarası bağların möhkəmlənməsində əhəmiyyətli funksiyaya malik olduğu qeyd edilib.

Tədbirin sonunda fakültənin dekanı Aydan Xəndan tələbələrin mövzuya marağını yüksək qiymətləndirib və bu istiqamətdə elmi fəaliyyətin daha geniş miqyasda davam etdiriləcəyinə inandığını bildirib. Elmi işlər üzrə dekan müavini Nigar İsmayılzadə isə tələbələrin elmi fəaliyyətində bu cür tədbirlərin əhəmiyyətini, bunun onların bilik və praktiki bacarıqlarının inkişafına töhfə verdiyini vurğulayıb.

Xəbər lenti