Logo

“UNEC-in tarixi” adlı interaktiv kvest oyunu keçirilib

27.10.2025 22:21 33 baxış
IMG

UNEC İnnovativ Gənclər təşkilatının təşkilatçılığı ilə universitetin əsas tədris binasında “UNEC-in tarixi” adlı interaktiv kvest oyunu keçirilib.

Layihənin məqsədi tələbələrə UNEC-in zəngin tarixi irsini, inkişaf mərhələlərini və dəyərlərini daha dərindən tanıtmaq, eyni zamanda onların komanda işi, strateji düşünmə və qərarvermə bacarıqlarını inkişaf etdirmək olub.

Kvestdə hər biri 5 nəfərdən ibarət olmaqla 5 komanda iştirak edib. Komandalar UNEC-in əsas tədris binasında yerləşən müxtəlif məntəqələr üzrə hərəkət edərək tarixi mövzularla bağlı bilik, məntiq və yaradıcılıq tələb edən tapşırıqları yerinə yetiriblər. Hər mərhələni uğurla tamamlayan komandalar xüsusi ipucları vasitəsilə növbəti mərhələyə keçiblər.

Gərgin və maraqlı mübarizə şəraitində keçən oyunun yekununda İqtisadiyyat və idarəetmə fakültəsinin II kurs tələbələri Aliyə Rövşənova, Əsmər Şükürova, Ağaxanım Əliyeva, Riad Abdullayev və Sənan Ramazanov qalib gəlib.

Sonda qaliblərə hədiyyələr təqdim olunub.

Xəbər lenti