Logo

Əcnəbi tələbələr ADPU-nun Heydər Əliyev Mərkəzi ilə tanış olublar

24.10.2025 22:57 56 baxış
IMG

Okyabrın 23-də Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) hazırlıq kursunda təhsil alan əcnəbi dinləyicilər universitetin Heydər Əliyev Mərkəzi ilə tanış olublar.

Əcnəbi dinləyicilər ilk öncə Ümummilli Liderə həsr olunan “Azərbaycan tarixinin Heydər Əliyev mərhələsi” mövzusunda məruzəni dinləyiblər. Məruzədə qeyd edilib ki, Ulu Öndərin Azərbaycana rəhbərlik etdiyi illər ölkənin dirçəliş və tərəqqi mərhələsini təşkil edir. Heydər Əliyev müstəqil Azərbaycanın Prezidenti seçildikdən sonra respublikanın ictimai-siyasi, sosial-iqtisadi, elmi-mədəni həyatında ciddi dönüş yaranıb, beynəlxalq əlaqələri genişlənib, dünya birliyində mövqeləri möhkəmlənib. Ümummilli Lider öz uzaqgörən siyasəti ilə dövlətçilik, milli tərəqqi, dünyəvilik kimi ümumbəşəri dəyərləri ehtiva edən azərbaycançılıq ideologiyasının əsasını qoyub.

Məruzədən sonra dinləyicilər dünyanın tanınmış dövlət başcılarının Heydər Əliyevlə bağlı söylədiyi fikirlərdən ibarət slaydları izləyiblər.

Mərkəzdəki eksponatlarla tanış olan iştirakçılara burada nümayiş olunan 400-dək foto, arxiv sənədinin surəti, kitab, jurnal və məcmuə haqqında məlumat verilib.

Heydər Əliyevin həyat və fəaliyyətinə, zəngin siyasi irsinə həsr olunmuş sənədli filmin nümayişindən sonra dinləyicilərin fəallığı ilə keçən son hissədə mövzu ətrafında qarşılıqlı sual-cavab və müzakirələr aparılıb.

Xəbər lenti