Bakı Dövlət Universitetinin (BDU) Şərqşünaslıq fakültəsində Pakistanın MUSLİM İnstitutunun direktor müavini Asif Tanver Avan ilə görüş keçirilib.
BDU-dan TƏHSİL.BİZ-ə bildirilib ki, görüş çərçivəsində Asif Tanver Avan fakültənin regionşünaslıq (Pakistan üzrə) ixtisasında təhsil alan tələbələrinə “Azərbaycan-Pakistan ədəbi-mədəni əlaqələri” mövzusunda mühazirə oxuyub. O, Azərbaycan-Pakistan münasibətlərinin tarixi, inkişaf mərhələləri və müasir vəziyyəti barədə ətraflı məlumat verib.
Məruzəçi Pakistan və urdu ədəbiyyatının tanınmış nümayəndəsi sufi şair Həzrət Sultan Bahunun yaradıcılığı haqqında danışıb, onun irsinin Azərbaycanda da tədqiq olunduğunu qeyd edib.
Sonda Asif Tanver Avan tələbələrin suallarını cavablandırıb.