Logo

12-ci mərtəbədən yıxılan oğlan oraya hazırlığa gəlirmiş

02.11.2025 09:37 750 baxış
IMG

Abşeron rayonunda yeniyetmə çoxmərtəbəli binadan yıxılaraq həyatını itirib.

Hadisə Xırdalan şəhərində yerləşən 17 mərtəbəli binada baş verib.

İlkin məlumata görə, 12-13 yaşlarında olan şəxs təxminən saat 13 radələrində binadakı mənzillərdən birinin balkonundan yıxılıb.

Nəticədə o hadisə yerindəcə vəfat edib.

 

Hadisənin “Kristal Abşeron” yaşayış kompleksində baş verdiyi müəyyən edilib.

Belə ki, 2010-cu il təvəllüdlü Quliyev İlqar Teymur oğlu ehtiyatsızlıq səbəbindən hündürlükdən yıxılaraq aldığı xəsarətlərdən yerindəcə vəfat edib.

Faktla bağlı araşdırma aparılır.

***

APA-nın məlumatına görə, oğlan sözügedən binada yaşamayıb. O, Qobudan o binaya hazırlığa gəlirmiş.

Xəbər lenti