Logo

Gənc alimlər Zəfərin beş illiyini qeyd ediblər

04.11.2025 15:19 112 baxış
IMG

Noyabrın 4-də Elm və Təhsil Nazirliyinin Polimer Materialları İnstitutunda Gənc Alim və Mütəxəssislər Şurası (GAMŞ) “Şanlı Zəfərin beş ili” adlı tədbir keçirib.

Bu barədə institutdan məlumat verilib.

Əvvəlcə şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə çıxış edən institutun elmi katibi kimya üzrə fəlsəfə doktoru, dosent Nüşabə Arzumanova 44 günlük Vətən müharibəsində əldə edilən Zəfərin milli tariximizin ən şərəfli hadisələrindən biri olduğunu, Azərbaycan xalqının Zəfərin beş illiyini böyük qürur hissi ilə qeyd etdiyini bildirib.

GAMŞ-nin üzvü, Nanopolimer kompozitlər laboratoriyasının aparıcı elmi işçisi dosent Türkan Quliyeva çıxışında Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Ordusunun Ermənistanın ardıcıl təxribatlarının və yeni işğal planlarının qarşısını almaq, işğal altında olan torpaqlarımızı azad etmək məqsədilə 2020-ci il sentyabrın 27-dən etibarən başladığı zəfər yürüşündə inanılmaz uğurlar əldə etdiyini, noyabrın 8-də 28 illik həsrətdən sonra Azərbaycan xalqı üçün böyük əhəmiyyət kəsb edən və rəmzi məna daşıyan Şuşa şəhərini azad etdiyini xatırladıb.

GAMŞ-nin üzvü, Xüsusi təyinatlı oliqomerlər və polimerlər lаbоrаtоriyаsının elmi işçisi Gülgün Xanbabayeva bildirib ki, 2020-ci il noyabrın 8-də əldə etdiyimiz Zəfər Azərbaycan tarixinin ən şanlı səhifəsidir. Bu tarix ən yeni və bütöv Azərbaycanın doğum tarixidir. O, 17 il Prezident kimi bu Zəfərə doğru inam və qətiyyətlə çalışan Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qəhrəman əsgər və zabitlərimizin 44 gün ərzində düşməni və onun havadarlarını darmadağın etdiyini vurğulayıb.

Xəbər lenti