Logo

Azərbaycan nümayəndə heyəti Cənubi Koreyada keçirilən beynəlxalq ali təhsil sammitində təmsil olunur

05.11.2025 15:30 36 baxış
IMG

Azərbaycan nümayəndə heyəti Cənubi Koreyanın Seul şəhərində keçirilən “QS Ali Təhsil: Asiya–Sakit Okean” sammitində iştirak edir.

Bu barədə Elm və Ali Təhsil üzrə Dövlət Agentliyindən məlumat verilib. Bildirilib ki, sammitdə Azərbaycan Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi, Bakı Dövlət Universiteti, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti, Azərbaycan Texniki Universiteti və Azərbaycan Memarlıq və İnşaat Universitetinin nümayəndələri ilə təmsil olunur.

Üç gün davam edəcək sammit çərçivəsində Asiya və Sakit Okean regionunda ali təhsildə perspektivlər, elmi-tədqiqat əməkdaşlığının gücləndirilməsi və beynəlxalq əlaqələrin genişləndirilməsi istiqamətində müzakirələr aparılacaq.

Qeyd edək ki, tədbir “Quacquarelli Symonds” (QS) qlobal reytinq agentliyinin təşkilatçılığı və Koreya Universitetinin ev sahibliyi ilə keçirilir.

Xəbər lenti