Logo

Azərbaycan jurnalist təşkilatlarının Rusiyanın dövlət qurumlarına müraciəti

28.03.2022 16:35 468 baxış
IMG

Azərbaycan jurnalist təşkilatlarının Rusiya Federasiyasının əlaqədar dövlət qurumlarına və beynəlxalq media ictimaiyyətinə müraciət ünvanlayıb.

Tehsil.biz xəbər verir ki, müraciətdə deyilir:

“Rusiyanın Rabitə, İnformasiya Texnologiyaları və Kütləvi İnformasiya Vasitələrinə Nəzarət Federal Xidməti (Roskomnadzor) Azərbaycanın populyar və peşəkar KİV-lərindən olan “Oxu.az” xəbər portalının  Rusiya Federasiyası ərazisində yayımına blok qoyub. Bu qərar saytın redaksiyasına heç bir məlumat, xəbərdarlıq edilmədən verilib. Bir müddət öncə isə analoji qərar Azərbaycanda fəaliyyət göstərən digər rusdilli saytlar – “Haqqin.az” və “Minval.az" saytları- barədə verilib. Növbəti günlərdə siyahının genişləncəyi gözlənilir.

“Roskomnadzor” Azərbaycan KİV-lərinin bloklanması qərarına rəsmi izahat vermək istəmir. Bilinən budur ki, qeyd edilən KİV-lər Rusiya-Ukrayna müharibəsi barədə müntəzəm olaraq informasiyalar yayır, müharibənin gedişatında Rusiya tərəfindən beynəlxalq normaların pozulduğunu ehtiva edən məlumatlar verirlər. Azərbaycan KİV-ləri özlərinin informasiya siyasətində reallığa söykənirlər, Rusiya-Ukrayna müharibəsini müşahidə legitim beynəlaxlaq təşkilatların hesabatlarına, o cümlədən, rəsmi qurumlara istinad edirlər. Rusiya tərəfi reallıqların KİV müstəvisində görünməsindən narahatlıq keçirməməli, öz narahatlığını sosial şəbəkə platformalarının bloklanması, KİV qurumlarının yayımına məhdudiyyətlər tətbiq edilməsi formasında büruzə verməməlidir. 

Nəzərə almaq lazımdır ki, insanların, o cümlədən, rusdilli əhalinin həqiqəti bilmək kimi fundamental hüquları vardır. “Roskomnadzor” rus dilində həqiqətləri yayan KİV-ləri, o cümlədən, Azərbaycanın xəbər portallarını bloklamaqla söz azadlığını, pluralizm prinsiplərini pozur, demokratiyaya zidd hərəkətlər edir.

Qeyd etməyi zəruri sayırıq ki, Azərbaycan dövləti öz təhlükəsizliyi üçün vacib olan zamanlarda, hətta II Qarabağ savaşı - 44 günlük müharibə dönəmində  də Rusiya KİV-lərinin bloklanmasını həyata keçirməyib. Baxmayaraq ki, Rusiyanın əksər KİV-ləri 44 Günlük Müharibə dövründə rəqib cəbhədə yer tutaraq  Azərbaycana qarşı informasiya savaşı aparırdılar.

Bizlər, Azərbaycan jurnalist təşkilatları olaraq Rusiyanın Rabitə, İnformasiya Texnologiyaları və Kütləvi İnformasiya Vasitələrinə Nəzarət Federal Xidmətinə müraciət edərək, özlərinin yanlış qərarlarına yenidən baxmağa, Azərbaycan KİV-lərinə tətbiq edilmiş blokları aradan qaldırmağa çağırırıq. Eyni zamanda, beynəlxalq media ictimaiyyətinə müraciət edərək bildirirk ki, Rusiyanın yanlış, anti-demokratik addımlarının durdurulması üçün həmrəylik göstərməyə zərurət yaranıb.

İmzalar:

1)      Jurnalistlərin Həmkarlar İttifaqının sədri Müşfiq Ələsgərli;

2)      Beynəlxalq Avrasiya Mətbuat Fondunun sədri Umud Rəhimoğlu;

3)      Demokratik Jurnalistlər Liqasının sədri Yadigar Məmmədli

4)      Azərbaycan Jurnalistlər Şəbəkəsinin Ayaz Mirzəyev

5)      Parlament Jurnalistlər Birliyinin (Tərəfsiz Jurnalistlər İB): sədri  Elşad Eyvazlı 

6)      “İslam Əməkdaşlığı Təşkilatına üzv Dövlətləri Jurnalistləri Assosiasiyası” İB: Fazil Abbasov

7)      "İnformasiya Təşəbbüslərinə Dəstək" İB:  Hüseyznadə Cəsarət Məsləhət oğlu

8)      CASCFEN-in sədri (Orta asiya-Güney Qafqaz Sös azadlığı Şəbəkəsi) Nadir Azəri 

9)      Jurnalist Araşdırmaları Mərkəzi: Seymur Verdizadə

10)    Regional İnsan Hüquqları və Media Mərkəzi İB: Kazımov Xalid Vahid oğlu".

Xəbər lenti