Logo

BDU-nun professorundan aktual təklif: azad olunmuş ərazilərimizin bərpasında hər bir alim öz bilik və bacarığını ortaya qoymalıdır

11.01.2021 13:34 622 baxış
IMG

Azərbaycanın erməni işğalından azad olunmuş ərazilərinin vəziyyəti onu göstərir ki, burada böyük miqyaslı bərpa və quruculuq işləri aparılmalıdır. İşğalın nəticələri, demək olar ki, dünyada analoqu olmayan bir mənzərəni üzə çıxartdı.

 

Yaxın keçmişin tarixi faktları onu göstərirdi ki, ərazilərin işğalı nəticəsində buradakı təbii sərvətlər mənimsənilirdi və eyni zamanda qanunsuz məskunlaşma siyasəti yeridilirdi. Ancaq ermənilər burada bütün dəyərləri talan etmiş və yaşayış məkanlarını məqsədli dağıdaraq bu əraziləri xarabalığa cevirmişlər. Bu da ermənilərin nə dərəcədə vəhşi və xalğımıza nifrət hissləriylə yaşadıqlarını bir daha təsdiq edir. Nəticədə, biz daşı-daş üstündə qalmayan, tamamilə dağıdılmış ərazilərimizə qayıdaraq, tarixi torpaqlarımıza sahib çıxmalı, burada yeni quruculuq işləri üzrə layihələrin icrasını həyata keçirməliyik.

 

İşğaldan azad olunmuş ərazilərin bərpası üçün buradakl vəziyyətin kompleks qiymətləndirilməsi, infrastruktur şəbəkəsinin yaradılması - enerji, su, qaz təchizatı, yolların və yaşayış binaların inşası işləri tədricən həyata keçirilməlidir. Parallel olaraq, hər bir inzibati rayonda çevik hərbi  mərkəzlər və sərhəd qoşunları məntəqələrinin yerləşdirilməsi planlaşdırılmalıdır. Bütün bu işlərin uğurlu icrası və səmərəli təşkili üçün elmi araşdırmaların aparılması və onun nəticələrindən istifadə edilməsi zəruridir. Bu baxımdan yaxşı olardı, iki sualın açıqlanmasına aydınlıq gətirilisin: birinci, alimlərimizin elmi araşdırmalarının nəticələri nə dərəcədə tətbiqi əhəmiyyat daşıyır, ikinci, bərpa işləri ilə məşğul olan qurumlar elmi araşdırmalarının nəticələrindən nə dərəcədə istifadə etməkdə maraqlıdırlar?!

 

AMEA-nın tədqiqat institutları və universitetlərdə çalışan çoxsaylı alimlər və mütəxəsisslər müxtəlif istiqamətlərdə elmi araşdımalarla məşğuldur. Elmi araşdırmaların sahələri fundamental elmlərlə yanaşı tətbiqi xarakterli sahələri də əhatə edir. Yeri gəlmişgən qeyd edək ki, fundamental elm sahəsində ciddi işlərin aparılması çox böyük sərmayə qoyuluşları və güclü elmi məktəblərin olmasını tələb edir. Əks halda bu sahədə uğurlu nəticələr gözləmək olmaz. Buna görə, hesab edirəm ki, müasir dövrdə republikamızda diqqət xüsusi olaraq tətbiqi əhəmiyyət daşıyan sahələrin inkişafına verilməlidir. İndiki vəziyyətdə, məhz tətbiqi mahiyyət daşıyan elmi araşdırmaların nəticələri işğaldan azad edilmiş ərazilərdə istifadə edilməlidir. Burada  coğtafiya, geoloqiya, iqtisadiyyat, hidrologiya, geodeziya, tikinti, turizm, şəhərsalma, ərazi planlaşdırılması və digər sahələrdə çalışan alimlərin elmi araşrmalarından, bilik və bacarıqlarında istifadə edilməsi vacib əhəmiyyət kəsb edir. Artıq, işğaldan azad oluunmuş ərazilərdə infrastruktur xəttləri çəkilir, quruculuq işləri aparılır və bu dəyişiklər ölkəmizin hər bir vətandaşını sevindirir. Bu işlərin icrası təbii ki, əsasən mühəndis-texniki işcilərin boynuna düşür, lakin quruculuq işlərinin səmərəli təşkili və uzunmüddətli uğurlu olması üçün bu tədbirlər elmi əsaslarda aparılmalıdır. Əks halda, qısa müddətdən sonra infrastruktur şəbəkəsinin və yaxud digər tikinti obyektlərin təmiri və yenidən tikilməsinə tələbat yaranacaq və əlavə vəsaitlərin ayrılması qaçılmaz olacaqdır. Yarana biləcək belə vəziyyətin qarşısının alması üçün hesab edirəm ki, müvafiq dövlət qurumu nəzdində (ola bilər Operativ Qərargahda) ictimayi əsaslarla müvvəqəti elmi konsultativ mərkəzin yaradılması məqsədəuyğun ola bilər. Bu mərkəz alimlərin təkliflərini və icra ediləcək layihələrin elmi ekspertizasını apaılması ilə məşğul olmalı və icra qurumlarına müvafuq tövsiyyələr hazırlamalıdır. Nəzərə almaq lazımdır ku, elmin hər bir sahəsi üzrə respublikamızda çox sayda akademiklər və elmlər doktorları vardır və bəllidir ki, elm sahəsi büdcədən maliyyələşdirilir. Bazar iqtisadiyyatı şəraitində, innovativ elmi araşdırmalar artıq çoxdandı özünün maliyyə təminatı məsələsini təmin etmişdir. Bəs nə səbəbə hələ də bizim elmi qurumlarımız buna nail ola bilmişlər? Bu, təbii ki, bu günkü mövzudan kənara çıxan ayrı müzakirə mövzusudur. Lakin, azad olunmuş ərazilərin bərpası üçün məhz indi konstruktiv, tətbiqi əhəmiyyət daşıyan, iqtisadi və texnoloji üstünlükləri ilə fərqlənən, elmi təkliflərə və təsəbbüslərə ciddi ehtiyac vardır.

 

Alimin bilik və bacarıqlarının əhəmiyyəti və ölkəyə verdiyi bəhrəsi ilk öncə onun əməyinin faydalı nəticələridir. Əgər bizim alimlərimizin elmi səviyyəsi yalnız çap etdiyi monoqrafiyalar, xarici ölkələrdə yüksək reytinqli jurnallarda məqalələrin nəşr edilməsi və beynəlxalq konfranslarda cıxlışları ilə qiymətləndirilərək, elmi araşdırmaları respublikamıza real fayda vermirsə, onda elmi aləmdə geniş yayılmış ifadə - ”elmin elm namimə inkişafi” özünü daha qabarıq və daha aktual olaraq indiki vəziyyətdə təsdiqliyəcəkdir.

 

Sonda, fikrimcə, hər bir alim və mütəxəsiss, çalışdığı sahəsindən asılı olmayaraq, işğaldan azad olunmuş ərazilərimizin bərpası üçün bilik və baçarıqlarını oratya çıxararaq, maraqlı və elmi əsaslandırılmış təkliflərlə çıxış etməli və ölkəmizin davamlı inkişafına öz əməyini qoymalıdır.

 

Çingiz İsmayılov,

BDU-nun İqtisadi və sosial coğrafiya kafedrasının müdiri, professor

Xəbər lenti