Logo

“Qardaşlıq Dastanı” Azərbaycanda

30.08.2022 12:17 330 baxış
IMG

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi və Yunus Emre İnstitutunun Bakıdakı filialının dəstəyi ilə “Qardaşlıq Dastanı” Teatral Rəqs Nümayişi layihəsi həyata keçiriləcəkdir. Serhat Turakın bədii rəhbərliyi, Alagöz Kültür Sanatın istehsalı və “Umya Az” MMC-nin (Umya Medya-Türkiyə) rəsmi təşkilatçılığı ilə bu layihə dünya turuna çıxmağa başlayır. Tədbir 29-31 oktyabr tarixlərində Bakıda – Heydər Əliyev Sarayında, 2 və 3 noyabr tarixılərində isə Gəncə Dövlət Filarmoniyasında baş tutacaq.

Bu barədə "Tehsil.biz"ə Mədəniyyət Nazirliyindən məlumat verilib.

Bu layihə 6 illik araşdırma və 18 aylıq səhnə məşqlərindən sonra, 100-dən çox türkiyəli və azərbaycanlı rəqqas və teatr aktyorunun zəhməti ilə səhnələşdirilən möhtəşəm tarixi povesti ilə mədəni, epik və sənət əsəridir. Əsərdə eramızdan 2000 il öncə gedən qədim türk, Azərbaycan tarixi və mifologiyası, Nuh tufanından Qarabağ savaşına qədər Anadolu və Qafqaz xalqlarının amansız mübarizəsi, həmrəyliyi, həyat sevgisi, sevinc və kədəri, bir sözlə Azərbaycan və Türkiyə xalqlarının sarsılmaz qardaşlığı simvolik olaraq səhnəyə gətirilmişdir.

“Qardaşlıq Dastanı” layihəsi 2 pərdə və 12 səhnədən ibarətdir. İlk dəfə 2021-ci ildə Türkiyədə səhnəyə qoyulmuş və İstanbul, Ankara, İzmir, Konya və bir çox digər böyük şəhərlərdə nümayiş olunmuşdur. Umya Medya və Umya Az-ın rəsmi təşkilatçılığı ilə 2022-ci ildə dünya turuna çıxacaq ansamblın ilk dayanacağı Azərbaycan səhnəsi olacaqdır. Azərbaycandan sonra Almaniya, Şimali Avropa, Meksika, Özbəkistan, Qazaxıstan, Dubay, Misir, Qətər və Çində turlarını 2023-cü ilin sonuna qədər davam etdirəcək. “Qardaşlıq Dastanı” layihəsi ilə dünyanın 100-dən çox ölkəsində Azərbaycan və Türkiyənin qardaşlığını, iki ölkənin zəngin mədəni irsini və tarixini sənət yolu ilə dünya xalqlarına tanıtmaq məqsədi daşıyır.

Xəbər lenti