Logo

"Təhsildə xaos yarana bilər" - Ekspertdən AÇIQLAMA

01.07.2023 10:00 550 baxış
IMG

"Süni intellekt inkişaf etdikcə insan intellekti daha da sönəcək, heç bir araşdırma aparmaq istəməyəcək. Gözlədiyimiz və gözləmədiyimiz halda çox şeylər dəyişəcək, xeyli əlavə problemlər yaranacaq. Bu proseslərə indidən hazır olmalıyıq, düzgün idarə etməliyik, əks halda çox sahələrdə, xüsusən də təhsildə xaos yarana bilər".

Bu sözləri "Tehsil.biz"ə açıqlamasında təhsil eksperti İlham Əhmədov deyib.

Ekspert bildirib ki, bu problemlər elmi-pedaqoji-texnoloji cəhətdən araşdırılmalı, universitetlər üçün konkret tövsiyələr verilməlidir:

"Bu məsələlər təbii ki, pedaqogika elminin, yeni yaranan elektron pedaqogikanın, rəqəmsal pedaqogikanın problemləridir. Bizdə pedaqoji elmlər hələ də bu sahədən çox uzaqdır, hələ də əksər alimlər bu gün aktual olmayan pedaqogika tarixini, 100 il və daha əvvəlləri tədqiq edirlər. Çoxu bimir ki, indi gözümüz önündə yeni pedaqogika yaranır. Elm və Təhsil Nazirliyinin Təhsil İnstitutu adında bir institutu var. Onlar əslində bu tədqiqatları aparmalıdır. Amma son 8 ildə bu institut elmdən uzaq düşüb, elmdən uzaq menecerlərin səriştəsiz idarəetməsi nəticəsində elmi baxımdan tam iflas olub".

İlham Əhmədov hesab edir ki, tamamilə yeni ali məktəb pedaqogikası yaradılmalıdır:

"Problemlər üstümüzə sunami kimi gəlir. Amma Elm və Təhsil Nazirliyində bu işləri real dərk edənlər çox azdır, verilən təkliflər havadan asılı qalır. Komanda bu mövzularda normal müzakirələrə hazır deyil. Nə özləri bilir, nə bilənləri eşidirlər, nə də ideyalara dəstək verirlər ki, məsələlər qismən həll edilsin. Nə qədər ki, bu ölkənin təhsil sistemində çörəyi çörəkçiyə verməyəcəklər, təhsil bataqlıqda qalmaqda davam edəcək, problemlər silsilə ilə artacaqdır".

Mərcanə Əsədova

Xəbər lenti