Logo

Birinci Türkoloji Qurultayın və Azərbaycan ədəbi-fəlsəfi fikir adamları - ADPU-da elmi seminar

16.12.2025 20:51 23 baxış
IMG

Dekabrın 16-da Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) Birinci Türkoloji Qurultayın 100 illiyi münasibətilə Filologiya fakültəsi, Türkoloji Mərkəz, Ədəbiyyat və Ədəbiyyatın tədrisi texnologiyası kafedralarının birgə təşkilatçılığı ilə “Birinci Türkoloji Qurultay və Azərbaycan ədəbi-fəlsəfi fikir adamları” mövzusunda elmi seminar keçirilib.

ADPU-dan bildirilib ki, seminar Azərbaycan türkoloji elminin formalaşması və inkişafında mühüm mərhələ hesab olunan Birinci Türkoloji Qurultayın tarixi əhəmiyyətinin, elmi-mədəni irsinin və müasir türkoloji araşdırmalara təsirinin müzakirəsinə həsr olunub.

Elmi seminarı Azərbaycan Dövlət Pedaqoji Universitetinin rektoru professor Cəfər Cəfərov açaraq, Qurultayın təkcə dövrünün deyil, bütövlükdə Türk dünyasının elmi-mədəni həyatında mühüm hadisə olduğunu vurğulayıb. Rektor qeyd edib ki, bu qurultay milli kimliyin formalaşması, ana dilinin elmi əsaslarla tədqiqi və türk xalqları arasında elmi əlaqələrin möhkəmləndirilməsi baxımından mühüm rol oynayıb.

ADPU-nun beynəlxalq əlaqələr üzrə prorektoru professor Mahirə Hüseynova Birinci Türkoloji Qurultayın Azərbaycan ziyalılarının ədəbi-fəlsəfi baxışlarının sistemləşdirilməsi və Türk dünyasında ortaq ideoloji düşüncə məkanının yaradılması baxımından əhəmiyyətini vurğulayıb. O, qurultayın ideyalarının müasir humanitar elmlər üçün aktual olduğunu qeyd edib. Prorektor qeyd edib ki, bu gün həmin irsin yenidən araşdırılması və müasir elmi kontekstdə təqdim olunması xüsusi əhəmiyyət daşıyır.

Tədbir çərçivəsində mövzuya dair videoçarx nümayiş etdirilib. Daha sonra akademik Muxtar İmanovun “Birinci Türkoloji Qurultayın görünməyən tərəfləri”, professor Mahmud Allahmanlının “Birinci Türkoloji Qurultay: milli kimlik və özünüdərk hadisəsi” mövzusunda məruzələri dinlənilib və müzakirələr aparılıb.

Xəbər lenti