Logo

BDU rektoru Məşvərət Şurasının üzvləri ilə görüşüb

29.12.2025 14:05 33 baxış
IMG

Bakı Dövlət Universitetinin (BDU) rektoru Elçin Babayev ali təhsil ocağının Məşvərət Şurasının bir qrup üzvü ilə görüşüb.

Rektor universitetin qocaman alimlərini 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə təbrik edib, onlara işlərində və şəxsi həyatlarında uğurlar arzulayıb.

BDU-dan bildirilib ki, rektor Məşvərət Şurası üzvlərini son zamanlar ali məktəbdə həyata keçirilən yeniliklərlə tanış edib, infrastrukturun yenilənməsi istiqamətində işlərin davam edəcəyini bildirib.

Rektor qalib ölkəmiz və xalqımız üçün 2025-ci ilin çox əlamətdar olduğunu qeyd edib. BDU kollektivinin il ərzində məhsuldar işlədiyini, uğurlu layihələr və tədbirlər həyata keçirdiyini diqqətə çatdırıb. Onun sözlərinə görə, Azərbaycan Respublikasının Prezidenti tərəfindən 2026-cı ilin “Şəhərsalma və Memarlıq İli” elan edilməsi ölkənin ən böyük ali təhsil müəssisəsi olan BDU-nun qarşısına da mühüm öhdəliklər qoyur.

Daha sonra Məşvərət Şurası üzvlərinin BDU-da elm, tədris fəaliyyətinin daha da yaxşılaşdırması və “Şəhərsalma və Memarlıq İli” ilə əlaqədar təklifləri dinlənilib.

Xəbər lenti