Bakı Dövlət Universitetinin (BDU) “BDU könüllüləri” təşkilatının “KönüllüBand” musiqi klubunun təşkilatçılığı ilə “Qış nağılı” konsert proqramı təşkil olunub.
BDU-dan bildirilib ki, universitetin Humanitar məsələlər və gənclər siyasəti şöbəsinin müdiri Ramin Səmədov universitetin ictimai-sosial həyatının əsas iştirakçısına çevrilən BDU könüllülərinin il ərzindəki uğurlu fəaliyyətindən söz açıb. Bildirib ki, könüllülər istər universitetin daxilində, istərsə də ölkədaxili və beynəlxalq tədbirlərdə BDU-nu layiqli şəkildə təmsil ediblər.
Proqramda könüllülərin ifasında “Qaçma, gözəl”, “Sənlə olmaz ki”, “Gəl gedək”, “Ölsəm, bağışla”, “Tar-kamanım”, “Sahil boyu”, “Ovuc içi qədər xoşbəxtlik yetər” kimi sevilən musiqi nömrələri səsləndirilib.