Logo

Emin Əmrullayevə yeni müşavir təyin olundu - Foto

29.12.2025 16:19 24 baxış
IMG

Elm və təhsil naziri Emin Əmrullayevin müvafiq Əmri ilə Nizami Yusifli nazirin müşaviri vəzifəsinə təyin edilib.

Bu barədə Elm və Təhsil Nazirliyi məlumat yayıb.

Bildirilib ki, Nizami Yusifli bakalavr təhsilini Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) maliyyə ixtisası üzrə alıb, magistratura təhsilini isə maliyyə bazarları ixtisası üzrə fərqlənmə diplomu ilə bitirib. O, 2020-ci ildən etibarən Azərbaycan İnvestisiya Holdinqində (AİH) müxtəlif rəhbər vəzifələrdə çalışıb.

Xəbər lenti