Logo

Son illərdə elm və ali təhsil sahəsində ciddi irəliləyişə nail olmuşuq – Nazir

16.12.2025 11:34 34 baxış
IMG

“Son illər Azərbaycanda elm və ali təhsil sahəsində ciddi irəliləyişə nail olmuşuq”.

TƏHSİL.BİZ xəbər verir ki, bu sözləri elm və təhsil naziri Emin Əmrullayev bu gün Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) “Konstitusiya və Suverenlik İli”nə həsr olunmuş doktorantların və gənc tədqiqatçıların XXVIII Respublika Elmi Konfransının (NASCO XXVIII) açılış mərasimində deyib.

O qeyd edib ki, son illər elm və ali təhsilin birgə inkişafı bütün göstəricilərin, keyfiyyətin və məzmunun yaxşılaşmasına zəmin yaradıb:

“Bir çox ölkələrdə doktorantura təhsilinin neçə ilə bitməsi önəmli deyil. Bu kontekstdə, təbii ki, biz də keyfiyyəti önə çəkməliyik. Təəssüf ki, bizim üçün illər önəmlidir. Biri zaman məsələsidir, digəri isə münasibət”.

O əlavə edib ki, son illər elmə münasibətdə fərqlilikdən, individualizmdən birgə yanaşmaya, əməkdaşlığa doğru irəliləmək əsas məqsəddir: “Ölkə olaraq bizə elə bir nəticə lazımdır ki, bizi dünyada təmsil etsin. Bu, bir növ komanda oyununa oxşayır”.

Xəbər lenti