Logo

Astara və Lənkəranda valideyn konfransları keçirilib

17.12.2025 13:55 29 baxış
IMG

Ümumtəhsil müəssisələrində təlim-tərbiyə prosesinin keyfiyyətinin yüksəldilməsi, məktəb-valideyn əməkdaşlığının gücləndirilməsi və şagirdlərin inkişafının dəstəklənməsi məqsədilə Lənkəran və Astara rayonlarında valideyn konfransları təşkil olunub.

TƏHSİL.BİZ xəbər verir ki, konfranslarda müvafiq icra hakimiyyətlərinin və polis şöbələrinin əməkdaşları, Lənkəran-Astara Regional Təhsil İdarəsinin Tədrisin keyfiyyəti sektorunun müdiri, təhsil sektorlarının müdirləri, Ombudsmanın Cənub Regional Mərkəzinin rəhbəri, uşaq birliyi təşkilatı rəhbərləri, psixoloqlar, sosial pedaqoqlar və valideynlər iştirak ediblər.

Çıxışlarda təhsil müəssisələrində zorakılığın qarşısının alınması, şagirdlərin təhlükəsizliyi, tədris motivasiyasının artırılması, uşaq hüquqlarının qorunması və məktəb-valideyn əməkdaşlığının gücləndirilməsi məsələləri ümumiləşdirilmiş şəkildə təqdim olunub. Hər mövzu ilə bağlı valideynlərlə müzakirələr aparılıb, təklifləri dinlənilib, suallar cavablandırılıb. Eyni zamanda valideynlər onlara təqdim edilən müvafiq sorğularda qeydlər apararaq müzakirələrdə aktiv iştirak ediblər.

 


Xəbər lenti