Logo

Pedaqoji Universitetdə 1978–1983-cü illərin məzunları ilə görüş olub

29.12.2025 12:18 29 baxış
IMG

Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) 1978–1983-cü illərdə Coğrafiya və biologiya fakültəsində təhsil almış məzunlarla görüş keçirilib.

ADPU-dan bildirilib ki, tədbirin açılışında Tədris departamentinin Məzun koordinasiya və karyera şöbəsinin müdiri Könül Əsgərova məzunların təhsil illərinə nəzər salıb və onları əlamətdar görüş münasibətilə təbrik edib.

Tədbirdə çıxış edən sosial və humanitar məsələlər üzrə prorektor professor Fikrət Rzayev məzunlara universitetin bugünkü fəaliyyəti və inkişaf mərhələləri haqqında ətraflı məlumat verib.

Sonra görüşdə iştirak edən məzunlardan biri, Samux Rayon İcra Hakimiyyətinin başçısı Firdovsi Əliyev tələbəlik illəri və müəllimləri ilə bağlı xatirələrini bölüşüb.

Daha sonra Tarix və coğrafiya fakültəsinin dekanı dosent Asif Axundov, fakültənin 1978–1983-cü illər məzunlarının müəllimlərindən dosent Məlikməmməd Cəbrayılov və baş müəllim Kərəm Bayramov, eləcə də məzunlar öz təəssüratlarını bölüşərək xoş arzularını çatdırıblar.

Görüş xatirə fotosunun çəkilməsi ilə yekunlaşıb.

 

Xəbər lenti