Logo

Əlyazmalar İnstitutu “Tarixi-ricali-İran” əsərindən seçmələri çap edib

06.01.2026 18:17 59 baxış
IMG

AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun Elmi şurasının qərarı ilə Çap kitablarının tədqiqi şöbəsinin müdiri dosent Tahirə Həsənzadənin fars dilindən tərcümə edərək nəşrə hazırladığı “Tarixi-ricali-İran (İranın dövlət xadimləri) əsərində azərbaycanlı ictimai-siyasi xadimlər” kitabı işıq üzü görüb. Kitabda yer alan geniş ön sözün müəllifi və göstəricilərin tərtibçisi T.Həsənzadədir.

Əlyazmalar İnstitutundan bildirilib ki, kitabda bir sıra tarixi əsərlərin müəllifi, Qəzvinli alim Mehdi Bamdadın altıcildlik “Tarixi-ricali-İran” əsərində öz əksini tapmış, XVIII-XX əsrlərdə İranda yaşamış 766 görkəmli Azərbaycan türkündən: diplomat, hərbçi, həkim və digər ictimai-siyasi xadimlərdən bəhs olunur. Kitab tarixçilər, ali məktəb tələbələri, eləcə də geniş oxucu kütləsi üçün nəzərdə tutulub.

Qeyd edək ki, yeni nəşrin baş elmi məsləhətçisi akademik Teymur Kərimli, elmi redaktoru və rəyçisi Milli Məclisin deputatı professor Anar İsgəndərov, kompüter icraçıları institut əməkdaşları Fatimə Qəhrəmanova, Səba Verdiyeva, Gülnar Gəncəliyeva və Pəri Məmmədovadır.

Xəbər lenti