Logo

BMU tələbələri “Holberton School Azerbaijan”ın təqaüd proqramının qalibi olublar

25.12.2025 15:02 36 baxış
IMG

Bakı Mühəndislik Universitetinin (BMU) tələbələri İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin dəstəyi və “PASHA Holding”in sponsorluğu ilə “Holberton School Azerbaijan” tərəfindən təqdim edilən təqaüd proqramının qalibi olublar.

Bu barədə BMU-dan bildirilib. Seçim mərhələlərini uğurla keçən BMU-nun İnformasiya və kompüter texnologiyaları, həmçinin Mühəndislik fakültələrinin tələbələri - Mənsur Rəhimli, Şükufə Məmmədli, Kamil Nəzərli, Təhminə Məmmədli, Ayxan İsgəndərzadə, Çiçək Abdullayeva, Fəqan Mustafayev, Rəhim Şıxqayıbov, Vüsal İsayev, Yaşar Abdullayev, Aydan İsmayılova, Royal Əskərov və Əli Qulaməliyev 100 faiz təqaüd qazanaraq müxtəlif ixtisas proqramlarına seçiliblər. Tələbələr kibertəhlükəsizlik, kompüter elmləri, maşınöyrənmə istiqamətləri üzrə təhsil alacaqlar. Proqram çərçivəsində iştirakçılar müasir İT bilik və bacarıqlarına yiyələnərək praktikaya əsaslanan tədris imkanlarından faydalanacaqlar.

Qeyd edək ki, “Holberton School Azerbaijan”ın təqaüd proqramı ölkəmizdə informasiya texnologiyaları sahəsində yüksəkixtisaslı kadrların hazırlanmasına xidmət edir. Bu cür beynəlxalq standartlara uyğun təşəbbüslər gənclərin rəqabətqabiliyyətli mütəxəssis kimi formalaşmasına mühüm töhfə verir.

Xəbər lenti