Logo

BDU “İlin gənc alimi” nominasiyası üzrə müsabiqə elan edir

06.01.2026 17:44 62 baxış
IMG

Bakı Dövlət Universiteti (BDU) 2 Fevral – Azərbaycan Gəncləri Gününə həsr olunmuş “İlin gənc alimi” nominasiyası üzrə müsabiqə elan edir.

Bu barədə BDU-dan bildirilib. “İlin gənc alimi” müsabiqəsinin məqsədi BDU-nun yaşı 35-ə qədər olan, il ərzində aktiv elmi fəaliyyət göstərərək yüksək elmi nəticələr göstərmiş, təsir (impakt) faktorlu, tanınmış bazalarda indekslənən nüfuzlu jurnallarda və nəşrlərdə dərc edilmiş elmi məqalələri və digər elmi əsərləri olan, elmi işlərinə istinad olunan, həmçinin yüksək elmi-təşkilati fəaliyyəti ilə fərqlənmiş magistrant, doktorant və əməkdaşlarının mükafatlandırılmasıdır.

Müsabiqə üzrə qaliblər aşağıdakı 2 nominasiya üzrə “İlin gənc alimi” adını alır, diplom və pul mükafatları ilə təltif edilirlər:

Təbiət-dəqiq və texnika elmləri üzrə – 1 mükafat (2 000 manat);

Humanitar və ictimai elmlər üzrə – 1 mükafat (2 000 manat).

Müsabiqəyə təqdim olunan iddia sənədləri müəyyən edilmiş meyarlar və hər bənd üzrə xüsusi çəki nəzərə alınmaqla qiymətləndiriləcək.

Müvafiq sənədlər və digər müşayiətedici materiallar 26 yanvar saat 17:00-dək qəbul olunacaq. İddiaçılar müsabiqədə iştirakla bağlı hüquqi sənədləri və digər müşayiətedici materialları (elektron formada) [email protected] ünvanına təqdim etməlidirlər.

Müsabiqədə yalnız BDU-nun magistrant, doktorant və əməkdaşları fərdi şəkildə iştirak edə bilərlər.

Xəbər lenti