Logo

ABŞ-nin məşhur nəşriyyatı azərbaycanlı şagirdin kitabını çap edib

15.12.2025 10:04 34 baxış
IMG

Azərbaycanlı şagird Yasminin müəllifi olduğu kitab ABŞ-nin məşhur nəşriyyatı tərəfindən çap olunub.

TƏHSİL.BİZ xəbər verir ki, Yasmin 6 yaşından etibarən komiks yazmağa maraq göstərib. O bu yaxınlarda ilk kitabını nəşr etdirmək qərarına gəlib və kitabın bütün mərhələlərini müstəqil şəkildə həyata keçirib.

Belə ki, Yasmin hekayəni özü yazıb, illüstrasiyaları dizayn edib və kitabın yaradılması prosesini tam şəkildə təkbaşına tamamlayıb.

“The Adventures of Bob the Cat” adlı kitab hazırda ABŞ-nin tanınmış "Barnes & Noble" kitab mağazaları şəbəkəsinin rəsmi saytında satışa çıxarılıb.

Xəbər lenti