UniDestin Təhsil Mərkəzi yeni ilin gəlişi münasibətilə ingilis dili və Çin dili kursları üzrə xüsusi bayram endirimlərinə start verdiyini elan edib.
Mərkəzdən verilən məlumata görə, kampaniya çərçivəsində uşaqlar, yeniyetmələr və böyüklər üçün "General English", "Speaking", "HSK hazırlıq" və Çin dili danışıq proqramları daha münasib qiymətlərlə təklif olunur. Endirimli tariflər yeni ildən başlayacaq dərslərə də şamil edilir.
Bildirilib ki, kampaniyanın əsas məqsədi yeni ildə daha çox tələbəyə keyfiyyətli dil təhsili imkanları yaratmaq, erkən yaşlardan ingilis və Çin dili bacarıqlarının inkişafını dəstəkləməkdir.
Kampaniya çərçivəsində 6–10 yaş qrupu üçün "General English" kursu 120 AZN əvəzinə 80, "Speaking" kursu 100 AZN əvəzinə 80, 11–14 yaş qrupu üçün "General English" kursu 150 AZN əvəzinə 120, "Speaking" kursu 100 AZN əvəzinə 80, 15 yaş və yuxarı şəxslər üçün "General English" kursu 200 AZN əvəzinə 160, Çin dili üzrə danışıq kursu 160 AZN əvəzinə 130, HSK hazırlıq proqramı isə 180 AZN əvəzinə 160 AZN-ə təklif olunur.
UniDestin Təhsil Mərkəzində dərslər səviyyəyə uyğun qruplar üzrə, peşəkar və təcrübəli müəllim heyəti tərəfindən keçirilir. Tədris prosesi danışıq bacarıqlarının inkişafına, düzgün qrammatika və lüğət ehtiyatının formalaşdırılmasına xüsusi diqqət yetirilməklə aparılır.
Xatırladaq ki, qeydiyyat artıq açıqdır və maraqlanan şəxslər yeni ildən etibarən dərslərə endirimli qiymətlərlə başlaya bilərlər.
Ətraflı məlumat və qeydiyyat üçün UniDestin Təhsil Mərkəzi ilə əlaqə saxlamaq mümkündür.
Əlaqə nömrələri: (+994) 55 848 03 09, (+994) 50 836 44 99
Veb-sayt: www.unidestin.com
E-poçt: [email protected]
Ünvan: Bakı şəhəri, Nizami küçəsi 203, AF Business House, 4-cü mərtəbə