Logo

Əqli Mülkiyyət Agentliyinin kollektivi Ümummilli Lider Heydər Əliyevin məzarını ziyarət edib

12.12.2025 15:47 27 baxış
IMG

Əqli Mülkiyyət Agentliyinin rəhbərliyi və kollektivi Fəxri xiyabanda Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət edib. Ümummilli Liderin əziz xatirəsi ehtiramla yad edilib, abidəsi önünə gül dəstələri düzülüb.

Bu barədə TƏHSİL.BİZ-ə Agentlikdən məlumat verilib.

Eyni zamanda, Ulu Öndər Heydər Əliyevin həyat yoldaşı akademik Zərifə Əliyeva, ictimai-siyasi xadimlər Əziz Əliyev və Tamerlan Əliyevin də xatirəsi ehtiramla yad edilib, abidələri önünə gül dəstələri qoyulub.

Xəbər lenti