Logo

BDU-da “Heydər Əliyev və gənclər siyasəti” mövzusunda görüş

12.12.2025 15:50 26 baxış
IMG

Bakı Dövlət Universitetinin (BDU) Heydər Əliyev muzeyinin təşkilatçılığı ilə “Heydər Əliyev və gənclər siyasəti” mövzusunda görüş keçirilib.

BDU-dan TƏHSİL.BİZ-ə bildirilib ki, tədbirin qonağı universitetin Beynəlxalq münasibətlər və iqtisadiyyat fakültəsinin müəllimi politoloq Aytən Qurbanova olub.

A.Qurbanova bildirib ki, Azərbaycan gənclərinin milli ruhlu vətəndaş kimi formalaşmasında Ümummilli Lider Heydər Əliyevin misilsiz xidmətləri var. Daim ölkənin gələcəyinin gənclərin əlində olduğunu deyən Ulu Öndərin əsasını qoyduğu dövlət gənclər siyasəti uğurlu inkişaf konsepsiyasının əsas dayağı kimi bu gün Azərbaycanı inamla irəli aparır: “Ümummilli Lider Heydər Əliyev həmişə gənclərimizə böyük ümidlər bəsləyir və dəfələrlə qeyd edirdi ki, Azərbaycanın gələcəyi gənclərin əlindədir. Ulu Öndərin müəyyənləşdirdiyi gənclər siyasəti Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Azərbaycanda dövlət gənclər siyasətini daha da inkişaf etdirmək, gənclərin dövlət qulluğunda məsul vəzifələrdə iştirakını təmin etmək, sosial-iqtisadi problemlərinin həllini təmin etmək məqsədilə ölkə rəhbərliyi bütün lazımi tədbirləri həyata keçirir, dövlət proqramları qəbul olunur. Məhz Ulu Öndərin ideyaları əsasında Prezident İlham Əliyevin prezidentliyi dövründə yetişən gənclərin qəhrəmanlığı nəticəsində torpaqlarımız işğaldan azad edil¬di. Bu gün ölkə gəncləri siyasi, iqtisadi, elm, innovasiya və ən müxtəlif sahələrdə Azərbaycanı dünyanın hər yerində uğurla təmsil edir, bayrağımızı daha da ucalara qaldırır”.

Görüşün sonunda tələbələrin sualları cavablandırılıb.

Xəbər lenti