Logo

Dünya ölkələrinin tətbiq etdiyi fərqli tədris üsulları - FOTO

24.04.2023 10:18 402 baxış
IMG

Dünyanın bir çox ölkələrində məktəblərdə fərqli təhsil proqramları və üsullar tətbiq olunur. Bütün ölkələr üçün vahid təhsil proqramının tətbiq olunmasının və ya eyni üsullardan istifadə etmək mümkün deyil. Bunun bir neçə səbəbləri var. Əsas səbəb isə həmin ölkədə yaşayan əhalinin mədəniyyəti, etnik psixologiyası və tarixidir.

Bu yazımızda sizə bir neçə ölkə nümunəsində tədris prosesindəki fərqlilikləri təqdim edirik. Beləliklə vaxt itirmədən dünyanın bəzi ölkələrinə virtual səyahət edərək fərqlilikləri öyrənək.

Birinci səyahətimiz təhsilin nə üçün önəmli olduğuna dair fərqli baxışlara sahib olan Çinədir.

Burada təhsildə əsasən əzbərləməyə və təkrarlamağa üstünlük verilir. Bu bacarıq tələbənin nəyi əzbərləyib təkrarlaya biləcəyindən asılı olaraq əsasən qəbul imtahanlarında nümayiş olunur. Burada təhlil və tənqidi təfəkkür sınaqdan keçirilmir. Bu, Çinin alim, mühəndis və riyaziyyatçı yetişdirməkdə bu qədər üstün olmasının səbəblərindən biridir. Bu fənlər hələ də kifayət qədər tənqidi təfəkkür tələb etsə də, əzbər öyrənmə burada digər humanitar fənlərdən daha faydalıdır. Qeyd etmək lazımdır ki, bu təhsil üsuluna Çin dili və mədəniyyəti töhfə verib. Çin əlifbasındakı simvollara nəzər saldıqda görə bilərik ki, həqiqətən də əzbərləmə üsulundan istifadə etmək ən əlverişli üsuldur. Dünyada bir çox pedaqoji fəaliyyətlə məşğul olan şəxslər qeyd edir ki, əzbərləmə üsulu tədrisdə faydalı üsul deyil, lakin Çindəki müəllimlər əzbərləmənin başa düşməyə kömək olduğuna inanırlar.

Növbəti səyahətimiz əsasən dünyəvi təhsilə önəm verən Fransayadır.

Fransa bir çox ingilis dili ölkələrdən daha çox dünyəvi təhsilə önəm verir. Din mümkün qədər ictimai həyatdan uzaq tutulur. Fransanın dövlət məktəblərində hər hansı dini paltarın geyilməsi qadağan edilir. Bu, əsasən hicablı müsəlman məktəbli qızlara qarşı yönəldilmiş bir hərəkətdir, lakin bu, türban taxan sikxlərə, yarmulke taxan yəhudilərə və xaç taxan xristianlara da təsir göstərir. Qanun ilk dəfə elan edildiyi zaman mübahisəli olub və etirazlara səbəb olub, lakin buna baxmayaraq qüvvədə qalır.

Üçüncü səyahətimiz Fransadan fərqli olaraq öz məktəblərində dini qaydaları tətbiq edən İrlandiyayadır.

İrlandiyada dini təhsili katolik nöqteyi-nəzərindən öyrədən və qeyri-katolik müəllimləri işə götürməməyi və ya qeyri-katolik şagirdləri qəbul etməməyi 2884 katolik məktəbi var. Bir çox valideynlər uşaqlarını özləri dindar olduqları üçün deyil, yerli məktəbdə yer almaq üçün vəftiz edirlər. Müəyyən bir dinə bağlı olmayan cəmi 81 məktəb var və bunların bir çoxu müxtəlif din seçimlərinə icazə verir, lakin ateizm üçün deyil.

Növbəti səyahəmiz Asiya qitəsində yerləşən Banqladeşədir.

Banqladeşin ümumi ərazisinin böyük hissəsi dəniz səviyyəsindən aşağıda yerləşir. Banqladeş Qanq deltasında yerləşdiyi üçün bu ərazilər musson mövsümündə daşqınlara məruz qalır. Bütün bunlar birlikdə hər il ölkədəki daşqınların təxminən beşdə biri deməkdir. Ölkənin demoqrafik göstəriciləridə qeyri-adidir. Belə ki, əhalinin 32 %-i 15 yaşın altındadır. Buna görə də məktəbyaşlı əhali çox böyükdür və dövlətin maliyyəsinə əhəmiyyətli maliyyə yükü qoyur. Daşqın zamanı adi məktəblər bağlanmalı, milyonlarla uşağı təhsil almaq imkanından məhrum etməli olur, buna görə də Banqladeş innovativ həll yolu tapmalı oldu: qayıqlarda daşqına davamlı məktəblər. Banqladeşdə çalışan qeyri-kommersiya təşkilatları, tez-tez günəş panelləri ilə təchiz edilmiş bu üzən məktəblərin təmin edilməsində mühüm rol oynamışdır.

Növbəti səyahətimiz gündoğan ölkə Yaponiyadır.

Yaponiya təhsilində əxlaqi dəyərlərə böyük önəm verilir. Əxlaqi dəyərlər Yapon dili, riyaziyyat və digər dəqiq fənlər kimi ayrıca tədris olunur. Hal-hazırda yapon kurikulum modeli dünya təhsil modelləri arasında ön sıradadır. Bu modelin əsasını şəfqət, əzmkarlıq, mübarizə aparmaq və çox çalışmaq təşkil edir. Əxlaqi keyfiyyətlərə sahib olan təhsilalanın bütün məsələlərdə uğur qazanacağına inanılır. Bu dərslərə digər dərslərə nisbətən daha çox saat ayrılır.

İndi isə səyahətimiz Avropanın şimal-qərbində yerləşın Almaniyayadır.

Bu ölkədə şagirdlər vahid formadan istifadə etmir və belə bir məcburiyyətləri yoxdur. Vahid forma bir çox ölkələrdə tətbiq olunur. Bunun bir sıra obyektiv səbəbləri də var. Biz vahid formadan istifadə etməyən ölkələrə misal olaraq ABŞ və Fransanı göstərə bilərik. Araşdırmalara görə Almaniyada təhlükəli millitarist assosasiyaların mövcudluğu ucbatından hərbi geyimlərə bənzədiyi üçün vahid formalardan imtina edilib.

Yenidən Asiya ölkəsini səyahətə nə deyirsinizz?

Bu dəfə Yaponiyanın dəniz qonşusu Cənubi Koreya təhsili ilə tanış olaq.

Bu ölkədə şagirdlərin məktəbdəolma müddəti 14-16 saat təşkil edir. Şagirdlər saat 08:00-da məktəbə gəlir. İbtidai təhsil alanlar saat 4-də evə yollanırlar. Yuxarı siniflər isə axşam yeməyi üçün evə yollanır və daha sonra saat 6-da yenidən məktəbə qayıdırlar və dərs prosesi saat 21:00-a qədər davam edir. Qeyd edək ki, Brazilyada dərs saat 07:00-da başlayır və 6 saat davam edir. Fransada dərslər 08:30-da, Böyük Britaniyada isə 09:00-da başlayır və hər biri təxminən 5, 6 saat davam edir.

Məlumatlarla tanış olduqdan sonra belə nəticəyə gəlmək olar ki, bütün fərqliliklərə baxmayaraq hər bir ölkənin tətbiq etdiyi təhsil modelinin və ya təhsil proqramlarının məqsədi xalq üçün layiqli vətəndaş yetişdirmək və savadlı insan kapitalı qazanmaqdır. Fərqliliklər isə dünyamızı daha da zənginləşdirir.

Kənan Nağıbəyli

Xəbər lenti