Aprelin 14-də Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) Fizika fakültəsinin təşkilatçılığı ilə “Fizika günü’’ adlı tədbir keçirilib.
Universitetdən TƏHSİL.BİZ-ə bildirilib ki, tədbirdə ADPU rəhbərliyi, fakültə dekanları, professor-müəllim heyəti və tələbələr iştirak ediblər.
Tədbirin sərgi hissəsində Fizika müəllimliyi ixtisası üzrə təhsil alan tələbələrin hazırladıqları cihazlar, STEAM robotları, müxtəlif materiallardan dizayn edilmiş modellər, Texnologiya müəllimliyi ixtisası üzrə təhsil alan tələbələrin hazırladıqları əl işləri, müxtəlif materiallardan dizayn edilmiş modellər, kulinariya məhsulları nümayiş etdirilib.
Tədbirin bədii hissəsində tələbələrin ifasında maraqlı rəqs kompozisiyaları, əyləncəli səhnəciklər nümayiş olunub.