Logo

Umud Rəhimoğlu ADPU-nun Filologiya fakültəsinin qonağı olub

16.04.2025 09:05 87 baxış
IMG

Aprelin 15-də Beynəlxalq Avrasiya Mətbuat Fondunun Prezidenti Umud Rəhimoğlu Filologiya fakültəsinin qonağı olub.

Görüşdə Fakültənin professor-müəllim heyəti və tələbələri iştirak ediblər.

Görüşdə Umud Rəhimoğlu Beynəlxalq Avrasiya Mətbuat Fondunun 1992-ci ildən bu günə qədər keçdiyi yoldan, qurumun ölkə daxilində və beynəlxalq arenada qazandığı etibar və nüfuzdan geniş şəkildə bəhs edərək maraqlı fikirlər səsləndirib. Düzgün və mütamadi verilən informasiyanın əhəmiyyətindən bəhs edən qonaq xüsusi olaraq vurğulayıb ki, mübarizə yalnız cəbhədə deyil, informasiya meydanında, diplomatiyada, mədəniyyətlərarası dialoqda da aparılır və bu mübarizə ölkəmizin hər bir vətəndaşının mübarizəsidir.

Görüş diskussiya şəklində davam etmişdir.

 

 

Xəbər lenti