“TET International Development Co.Ltd.” şirkətinin prezidenti Taro Savada AMEA-nın Şəki Regional Elmi Mərkəzinin (REM) qonağı olub.
Bu barədə TƏHSİL.BİZ-ə AMEA-dan məlumat verilib.
Şəki REM-in direktoru dosent Yusif Şükürlü yapon iş adamını Mərkəzlə tanış edib, daha sonra yaşıl enerjinin və karbon emissiyasının azaldılması yollarının müəyyənləşdirilməsi, perspektivlər və birgə əməkdaşlıq istiqamətində müzakirələr aparılıb.
Taro Savada qeyd edib ki, gələcəkdə buraya investorların cəlb edilməsi, investisiya qoyuluşunun artması, iqtisadi və mədəni əməkdaşlıq Azərbaycan ilə Yaponiya arasında elmi əlaqələrin daha da möhkəmlənməsi üçün zəmin yaradacaq.