Ümummilli Lider Heydər Əliyevin ad günü münasibətilə Esse Müsabiqəsi 1-25 Aprel 2025-ci il tarixlərində keçiriləcəkdir. 25 aprel 2025-ci il tarixdən sonra qiymətləndirmə aparılacaqdır.
Müsabiqənin keçirilməsinin əsas məqsədi iştirakçıların yaradıcı düşünmə bacarıqlarını inkişaf etdirmək, onların yazılı nitq qabiliyyətlərini artırmaq və fikirlərini səlis ifadə etmələrinə imkan yaratmaqdır. Müsabiqə Azərbaycanın bütün universitetlərinin həssas kateqoriyadan olan tələbələri üçün keçirilməsi nəzərdə tutulmuşdur və iştirakçılar aşağıda qeyd edilmiş mövzular üzrə məqalə yazmalıdırlar. Qiymətləndirmə xüsusi komissiya tərəfindən aparılacaqdır və 5 meyar əsas göstəriləcəkdir: mövzuya uyğunluq, düşüncə, dil və üslub, orjinallıq və yaradıcı yanaşma, qrammatika və yazı qaydalarına riayət. Hər bir meyar üzrə ballar (maksimum 20 bal olmaqla) toplanacaq ümumi qiymət müəyyən ediləcək. İştirakçı yazının əvvəlində Adını, Soyadını, təhsil aldığı universitetini, fakültəsini, kursu və ixtisasını yazmalıdır. Yazılar Times New Roman şriftində, 12 ölçüdə və maksimum 2000 söz olmalıdır. Yazının sonunda ədəbiyyat siyahısı qeyd olunmalıdır.
Mövzular:
1. Heydər Əliyevin təhsil siyasətində əlilliyi olan gənclərə yönəlik İnklüziv təhsil proqramlarının yaradılması.
2. Heydər Əliyevin əmək siyasəti və əlilliyi olan gənclərin məşğulluğu.
3. Əlilliyi olan gənclər üçün əlçatan mühit.
4. Əlilliyi olan insanların həyat keyfiyyətini artırmaq üçün İnnovasiyalar.
5. Əlilliyi olan gənclər üçün ağıllı texnologiyaların yaradılması və onların gündəlik həyata təsiri.
Ən yüksək bal toplayan (85 – 100 arası) iştirakçılar qalib olacaqdır. Müsabiqənin nəticəsinə əsasən I (95-100 bal), II (90-94 bal), III (85-89 bal) yerlər müəyyənləşəcəkdir və qaliblərə xüsusi mükafatlar təqdim olunacaqdır. I Yer –500 man (1 nəfər), II Yer – 300 man (2 nəfər), III Yer – 200 man (3 nəfər) olmaqla toplam 6 nəfər qalıb seçilmiş olacaqdır.
Məqalələr aşağıdaki emailə göndərilməlidir:
[email protected] Tel: +99451-910-76-62
Məqalələrin gəbulu üçün Son tarix 25 aprel 2025-ci il