Elm və təhsil nazirinin müavini Həsən Həsənlinin Oman Sultanlığının Maskat şəhərində "Təhsilin transformasiyasının hüdudlarından kənar Sammiti: Öhdəlikdən fəaliyyətə" mövzusunda keçirilən İslam Dünyası Təhsil, Elm və Mədəniyyət Təşkilatına (ICESCO) üzv ölkələrin təhsil nazirlərinin 3-cü konfransında iştirakı davam edir.
Konfransın ikinci günü açılış nitqləri səsləndirilib, sessiyalar keçirilib, qızların təhsili, mətbuat təhsili, təhsildə süni intellekt mədəniyyəti, təhsilin rəqəmsallaşdırılması və bu kimi digər mövzular üzrə hesabat və texniki sənədlər müzakirə edilib.
Sonda Maskat Bəyannaməsinin layihəsi qəbul edilib.
Qeyd edək ki, konfransda 40-dan çox üzv ölkənin təhsil üzrə yüksək səviyyəli nümayəndə heyətləri, sabiq dövlət başçıları, eləcə də beynəlxalq təşkilatların sədrləri və təhsil üzrə məsul şəxsləri iştirak edib.