Logo

BŞTİ: Cari tədris ilində 6701 müəllim sertifikatlaşdırma prosesində iştirak edib

19.12.2024 17:01 39 baxış
IMG

Cari tədris ilində Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki ümumi təhsil məktəblərində fəaliyyət göstərən 6701 müəllim sertifikatlaşdırma prosesində iştirak edib.

Bu barədə TƏHSİL.BİZ-ə BŞTİ-dən məlumat verilib. Bildirilib ki, sertifikatlaşdırmada əsas məqsəd ümumi təhsil məktəblərində pedaqoji və idarəetmə fəaliyyəti ilə məşğul olan, ali və orta ixtisas təhsilinə malik müəllimlərin peşəkarlıq səviyyələrini və peşə yararlılıqlarını yoxlamaq, onların peşəkar inkişafına nail olmaq və təlim ehtiyaclarını öyrənməkdən ibarətdir.


 

Xəbər lenti