Martın 4-də elm və təhsil naziri Emin Əmrullayev Qazaxıstan Respublikasının elm və ali təhsil naziri Sayasat Nurbek ilə görüşüb.
TƏHSİL.BİZ xəbər verir ki, görüş çərçivəsində Qazaxıstan Respublikası ilə ikitərəfli əməkdaşlıq, eləcə də elm və ali təhsil sahəsində inkişaf perspektivləri müzakirə edilib.