Logo

BDU-nun Geologiya fakültəsinin üç ixtisasına maraq artıb

03.03.2025 15:14 52 baxış
IMG

2024-2025-ci tədris ilində Bakı Dövlət Universitetinin (BDU) Geologiya fakültəsinin geologiya və geofizika mühəndisliyi, mədən mühəndisliyi, meliorasiya mühəndisliyi ixtisaslarına qəbul olan tələbələrin sayı artıb.

BDU-dan TƏHSİL.BİZ -ə verilən məlumata görə, hazırda Geologiya fakültəsində 721 tələbə təhsil alır. Son 3 tədris ilində fakültədə magistratura səviyyəsinə dövlət sifarişli yerlərin sayı artıb. 2024-2025-ci tədris ilində bu rəqəm 95 faiz təşkil edib. Əvvəlki tədris illərində fakültədə magistraturaya qəbul zamanı başqa ali məktəblərin məzunları üstünlük təşkil edib. 2024-2025-ci tədris ilində bu rəqəm BDU məzunlarının xeyrinə dəyişib.

Ötən il fakültə alimləri tərəfindən 55 elmi məqalə dərc olunub. Onlardan 11-i “Web of science”, 3-ü “Scopus” bazasında indekslənən jurnalların payına düşür.

Xəbər lenti