2024–2025-ci tədris ilində “İcma əsaslı məktəbəqədər təhsil xidmətlərinin təşkili” qrant müsabiqəsində qalib olmuş “Balaca eruditlər” layihəsində dərslər uğurla davam edir.
TƏHSİL.BİZ xəbər verir ki, layihənin əsas məqsədi ucqar ərazidə yerləşən və məktəbəqədər təhsil müəssisəsi olmayan Ucar rayon Qazyan kəndində 3-5 yaşlı uşaqları təhsilə cəlb edərək, onların fiziki və yaradıcı potensialını inkişaf etdirməkdən ibarətdir.
Qeyd edək ki, “Balaca eruditlər” layihəsi Ucar rayon Qazyan kənd 2 nömrəli tam orta məktəbdə Aynur Əliyeva tərəfindən icra edilir.