Logo

BDU-da “Qaraqaya döyüşü” filmi nümayiş olunub

26.02.2025 21:33 30 baxış
IMG

Bakı Dövlət Universitetində (BDU) Əməkdar jurnalist, ATV prezidentinin informasiya yayımı üzrə müşaviri, Azərbaycan Mətbuat Şurası sədrinin müavini Səadət Məmmədovanın Xocalı soyqırımından bəhs edən “Qaraqaya döyüşü” filmi nümayiş olunub.

BDU-dan Tehsil.biz-ə bildirilib ki, “Qaraqaya döyüşü” tanınmış jurnalistin müəllifi olduğu və ATV kanalında yayımlanan “Ağdam və mən” sənədli-publisistik filmlər silsiləsinə daxil olan 50-dən artıq filmdən biridir.

Sosial məsələlər, tələbələrlə iş və ictimaiyyətlə əlaqələr üzrə prorektoru Əliş Ağamirzəyev bəşəriyyətin ən qanlı səhifəsi - Xocalı soyqırımının 33-cü ildönümü münasibətilə universitetdə silsilə tədbirlərin keçirildiyini bildirib. Qeyd edib ki, tələbə-gənclər Azərbaycan xalqının başına gətirilən faciələri və tarixi Qələbəmizi şərtləndirən amilləri bilməlidirlər. “Qaraqaya döyüşü” filmi də qanlı tariximizin unudulmaması baxımından çox əhəmiyyətlidir.

Əməkdar jurnalist Səadət Məmmədova filmin Xocalı soyqırımı qurbanlarının erməni terrorundan, qanlı qırğından qaçıb Ağdama doğru üz tutduqları istiqamətdə yerləşən Qaraqayadan və məhz bu ərazidə Xocalı sakinlərini xilas etmək üçün aparılan döyüşdən bəhs etdiyini diqqətə çatdırıb. O qeyd edib ki, vizual məlumatları daha yaxşı mənimsəyən gənc nəsil üçün bu cür filmlər önəmli tarixi tədqiqat mənbəyi rolunu oynayır.

Daha sonra filmə baxış keçirilib.

Xəbər lenti