Logo

2280 təhsil işçisi psixoloji dəstək layihəsindən faydalanıb

28.02.2025 08:40 34 baxış
IMG

Azərbaycan Təhsil İşçiləri və Azad Həmkarlar İttifaqı (ATİAHİ) Respublika Komitəsinin təşkil etdiyi psixoloji dəstək layihəsindən 2280 təhsil işçisi faydalanıb

TƏHSİL.BİZ xəbər verir ki, yanvar ayından başlayaraq, ATİAHİ Respublika Komitəsi ittifaq üzvləri üçün psixoloji dəstək layihəsi çərçivəsində Bakı şəhərindəki ümumtəhsil müəssisələrində çalışan təhsil işçilərinə təlimlər təşkil edir. Layihənin əsas məqsədi təhsil işçilərinin peşəkarlıq səviyyələrini artırmaq və təlim prosesində onların düşüncə tərzinin düzgün inkişafına dəstək olmaqdır.

Təlimlər peşəkar və təcrübəli psixoloqlar tərəfindən aparılır və iştirak etmək ödənişsizdir. Bu həftə layihədən 830 nəfər yararlanıb, ümumilikdə isə 2280 nəfər faydalanıb. Gələcəkdə layihənin ölkə üzrə bütün ittifaq üzvlərini əhatə etməsi planlaşdırılır.

 

 

 

 


 

Xəbər lenti