Logo

AMEA ilə TÜBİTAK Türk indeksini yaradır

20.02.2025 21:15 43 baxış
IMG

Türkiyənin TÜBİTAK ULAKBİM Dergi¬Parkının elmi jurnallar şəbəkəsinə AMEA-nın 3 elmi jurnalı daxil edilib. Bundan başqa, akademiyanın ən müasir tələblərə cavab verən elmi jurnallarından ibarət Milli Elmlər Akademiyasının Dərgi Park Elektron jurnallar şəbəkəsi yaradılıb.

Tehsil.biz xəbər verir ki, bunu AMEA-nın prezidenti akademik İsa Həbibbəyli fevralın 20-də keçirilən Ümumi yığıncaq zamanı “Akademiyada təməl islahatlardan – İnkişaf Konsepsiyasına və Yol Xəritəsinə” adlı məruzəsində söyləyib.

Akademik qeyd edib ki, hazırda AMEA ilə TÜBİTAK-ın birgə işbirliyi əsasında elektron jurnalların vahid şəbəkəsi əsasında Türk indeksinin yaradılmasına doğru addımlar atılmaqdadır.

Xəbər lenti