Logo

Azərbaycan Universitetində tələbələrin istehsalat, elmi-pedaqoji və elmi-tədqiqat təcrübəsi başlayıb

18.02.2025 16:06 94 baxış
IMG

Azərbaycan Universitetində 2024/2025-ci tədris ilində bakalavriat səviyyəsinin sonuncu kursunda təhsil alan tələbələrin istehsalat, magistratura səviyyəsi üzrə II kurs tələbələrinin isə elmi-pedaqoji və elmi-tədqiqat təcrübələrinə start verilib.

Universitetdən TƏHSİL.BİZ-ə bildirilib ki, 387 tələbə istehsalat təcrübəsinə, 58 magistrant isə elmi-pedaqoji və elmi-tədqiqat təcrübəsinə başlayıb.

Tələbə və magistrantlar təcrübəni Azərbaycan Dövlət Turizm Agentliyi, SOCAR, Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi, Elm və Təhsil Nazirliyinin İdarəetmə Sistemləri İnstitutu, AMEA-nın Tarix və Etnologiya İnstitutu, Bülbülün Memorial Muzeyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, “Ümidli Gələcək” Sosial Təşəbbüslər İctimai Birliyi, Psixologiya Elmi-Tədqiqat İnstitutu, Ədliyyə Nazirliyinin Probasiya xidməti kimi dövlət və özəl müəssisələrdə keçəcəklər.

Təcrübələrin başlanması münasibətilə keçirilən iclaslarda tələbələrə prosesin mahiyyəti və təşkili, o cümlədən sənədləşmə ilə bağlı məlumat verilib, suallar cavablandırılıb.

İstehsalat təcrübəsi iyunun 25-də başa çatacaq. Elmi-pedaqoji təcrübə fevralın 17-dən martın 14-dək, elmi-tədqiqat təcrübəsi isə martın 17-dən aprelin 11-dək keçiriləcək.

Xəbər lenti