Dövlət İmtahan Mərkəzinin (DİM) test bankı şöbəsində baş mütəxəssis vəzifəsi üzrə vakansiya elan olunub.
TƏHSİL.BİZ xəbər verir ki, bu barədə DİM məlumat yayıb.
Vakansiyada iştirak etmək istəyən şəxslər təbiət ixtisasları qrupu, texniki və texnoloji ixtisaslar qrupu üzrə ali təhsilli olmalıdrlar.
Budan başqa, MS Windows, MS Office, İnternet (orta səviyyədə) kimi kömpüter bilikləri də tələb olunur.
Xarici dil biliklərinə dair İngilis dili – A2, Rus dili – A2 tələbləri yer alır.
Vakansiya üzrə müraciət etmək istəyən şəxslər "Kadr uçotunun şəxsi vərəqəsi"ni mövzu bölməsində “İmtahan materiallarının hazırlanması sektorunda baş mütəxəssis” qeyd olunmaqla [email protected] elektron poçt ünvanına 5 mart 2025-ci il tarixinədək göndərə bilərlər.
Kadrlar uçotunun şəxsi vərəqəsindən fərqli formada göndərilən müraciətlərə baxılmayacaq.