Logo

BANM müəllimləri Bolqarıstanda mühazirələr oxuyacaqlar

17.02.2025 16:17 97 baxış
IMG

SOCAR-ın Bakı Ali Neft Məktəbinin (BANM) müəllimləri mübadilə proqramı çərçivəsində Bolqarıstanın Angel Kançev adına Ruse Universitetinə ezam ediləcəklər.

Bu barədə TƏHSİL.BİZ -ə ali məktəbdən məlumat verilib.

Nailə Allahverdiyeva, Aygül Musayeva, Aydın Nəsirzadə və Rəhilə Həsənova 5 gün ərzində tələbələrə mühazirələr təqdim edəcəklər.

BANM müəllimləri öz sahələrindəki müasir bilik və təcrübələri tələbələrlə paylaşacaq.

 

 

 

 

 

Xəbər lenti