Təkcə Azərbaycanda deyil, bütün türk dünyasının elmi mədəni inkişafında mühüm rol oynayan AMEA əsas türk mərkəzlərindən biridir.
TƏHSİL.BİZ xəbər verir ki, bunu Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti, professor Aktotı Raimkulova Azərbaycan Milli Elmlər Akademiyasının Ümumi yığıncağında deyib.
O bildirib ki, Atatürkün zamanından hər il qeyd olunan “Türk dili” bayramı ilk dəfə olaraq Türkiyədən kənarda 2023-cü ildə Azərbaycanda - AMEA-da keçirilib: “AMEA-da Əlişir Nəvai, M. Fəraqinin, Çingiz Aytmatovun həyat və yaradıcılığına həsr edilmiş türk kitabxanası yaradılıb”.